Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edib
Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi 2020/2021-ci tədris ili üçün tələbə qəbulu elan edib.
Oxu.Az xəbər verir ki, qəbul aşağıdakı ixtisaslar üzrə olacaq:
- Torna və frezer dəzgahların operatoru
- Proqramla idarə olunan dəzgahların operatoru
- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
- Sənayedə quraşdırma işləri üzrə usta
- Veb dizayner və proqram təminatçısı
Qeyd edək ki, təhsil müddəti 1 ildir və qəbul müsahibə yolu ilə həyata keçiriləcək.
Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.
Sənədlərin qəbulu 15 avqust 2020-ci il tarixinədək Elektron qəbul sistemi (https://bit.ly/300YIef) vasitəsilə aparılacaq.
Əlavə məlumat üçün:
Telefon: +994 12 488 80 65 (daxili 700 və 120)
E-poçt: [email protected]
Rəylər