Avq
2020
11:53
123
55
3413
Virtual karabakh

Naxçıvana uçuşların sayı artırılır? - RƏSMİ AÇIQLAMA

8 Avq, 2020
11:53
3413

Naxçıvana uçuşların sayı artırılır? - RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Naxçıvana uçuş reyslərinin sayının artırılması istiqamətində müzakirələr gedir”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, yaxın zamanda bununla bağlı qərar veriləcək:

“Beynəlxalq reyslər bir neçə istiqamətdə həyata keçirilir. Antalya, Bodrum və digər istiqamətlərdə əvvəlcədən bilet alanların getməsi üçün reyslər açıldı. Lakin burada arqument var ki, rayonlara getmək üçün icazə vermirik, amma beynəlxalq uçuşlar açılır. Ona görə, həmin proses bir yerdə olmalıdır”.

“Nə zaman rayonlara gediş-gəliş açılarsa, o zaman da beynəlxalq uçuşlara icazə verilər”, - deyə, köməkçi əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri