Qan vermək üçün COVID-19 xəstəliyi keçirən hər bir şəxsə təşəkkür edirəm.
Oxu.Az-ın müxbiri operativ qərargahın brifinqindən xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, bu günə qədər 99 nəfər donor olmaq üçün müraciət edib:
“79 nəfər donor bu prosesə cəlb olunub. 239 nəfər bu müalicə üsulu ilə sağaldılıb”.
Könül Cəfərli