19 
Sen
2020
13:14
27
170
14623
Virtual karabakh

Azərbaycanda orta məktəb niyə bağlandı?

19 Sen, 2020
13:14
14623

Azərbaycanda orta məktəb niyə bağlandı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Şəhər Təhsil İdarəsi şəhərdə 46 nömrəli orta tədris müəssisəsinin fəaliyyətinə xitam verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdarədən məlumat verilib ki, Gəncə şəhər 46 nömrəli tam orta məktəb ilə 28 nömrəli tam orta məktəb birləşdirilərək yeni məktəb binası tikilib:

“Məktəb binası 28 nömrəli tam orta məktəb olaraq öz fəaliyyətini davam etdirir. Məlumat üçün bildirək ki, 46 nömrəli tam orta məktəbin şagirdləri təhsillərini 28 nömrəli tam orta məktəbdə davam etdirəcəklər. Pedaqoji heyət isə iş fəaliyyətini Gəncə şəhər ümumtəhsil məktəblərində davam etdirəcək. Bundan başqa bildirək ki, məktəb binası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Azərbaycan Bayrağı küçəsində salınan yaşayış kompleksində inşa edilib.

“1170 şagird üçün nəzərdə tutulan məktəbdə hazırda 840 nəfər şagird təhsil alır. Məktəb binası 4 mərtəbədən, 5 korpusdan, 56 sinif otağından (1 ədəd məktəbəqədər, 15 ədəd ibtidai, 29 adi sinif otağı) ibarətdir. Məktəbdə kitabxana, fizika, kimya, biologiya laboratoriyaları, informatika, əmək və hərbi kabinetlər yaradılıb. Məktəb üçün həmçinin 136 yerlik yeməkxana, 387 yerlik akt zalı, 540 kvadrat metrlik idman zalı ən müasir tələblər səviyyəsində qurulub”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Baku.ws saytı 46 nömrəli məktəbin fəaliyyətinin dayandırılması barədə məlumat yaymışdı.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri