25 
Sen
2020
11:36
68
18
3682
Virtual karabakh

Ən gənc tələbə: “Arzum müəllim olmaq idi” - FOTO

25 Sen, 2020
11:36
3682

Ən gənc tələbə: “Arzum müəllim olmaq idi” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Arzum Azərbaycan dili - Ədəbiyyat müəllimi olmaq idi, buna da nail oldum.

Bu sözləri Oxu.Az-a açıqlamasında bu il ali məktəbə qəbul olan ən gənc, 15 yaşlı tələbə Bəxtiyarova Aynur Əfsəl qızı deyib. A.Bəxtiyarova Yevlax rayon sakinidir.

Onun sözlərinə görə, bu il hazırlıq dövrü pandemiya ərəfəsinə təsadüf etsə də həvəsdən düşmədim:

“Beş yaşında Yevlax rayon 3 saylı orta məktəbə getdim. Bacımla eyni sinifdə oxumaq üçün təhsilə bir il tez başladım. Dərslərimə hər zaman diqqətlə yanaşdım. Müəllimlərimiz də bizim tələbə adı qazanmağımız üçün əllərindən gələni ediblər. Üçüncü ixtisas qrupu üzrə ali məktəbə imtahan verdim. İmtahanlardan 317 bal topladım. Xəzər Universitetinin Azərbaycan dili və Ədəbiyyat müəllimliyi fakültəsinə qəbul oldum. Arzum tələbə adı almaq idi, buna da nail oldum. Çox sevinirəm”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri