Bakının Binə qəsəbəsindəki 136 saylı məktəbdə yaranan insidentdə iki şagirdə yardım göstərilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sözügedən ünvana təcili tibbi yardım briqadası göndərilib.
"Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub", - deyə məlumatda bildirilib.
Bu gün Bakının Binə qəsəbəsində yerləşən 136 saylı məktəbdə şagirdlərə xəsarət yetirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə qəsəbənin "Südçülük Sovxozu" adlanan ərazisində qeydə alınıb.
Belə ki, hadisə zamanı sinif otağı daşa basılıb.
Məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.