Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində, bu gün səhər saatlarına olan məlumata görə, 47 mülki şəxs həyatını itirib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 222 dinc sakin yaralanıb.
“1669 yaşayış evi, 301 mülki obyekt və 84 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.
Rəylər