Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Ermənilərin qənimi” ləqəbli XTQ giziri: Qələbə xəbərindən iki gün sonra şəhidlik arzusuna çatdı - VİDEO
Vətənin bütövlüyü uğrunda canından keçənlərdən biri də Xüsusi Təyinatlı Qüvvələrin giziri Allahverdi Ələkbərovdur.
O, 2017-ci ildən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı gizir vəzifəsində xidmət edib.
Allahverdi sentyabrın 27-də başlayan Vətən Müharibəsində Suqovuşan kəndinin, Füzuli rayonunun və Hadrutun işğaldan azad olunmasında iştirak edib, döyüşlərdə öz qəhrəmanlığı və qətiyyəti ilə fərqlənib. Ermənilərin 100-dən artıq canlı qüvvəsini məhv edən bölük komandiri Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşını xilas etmək istəyərkən düşmən tərəfindən snayperlə vurulub və ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, noyabrın 11-də Mingəçevir şəhər hərbi hospitalında dünyasını dəyişib və Ucar rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Anası Allahverdini atasız böyüdüb. Aybəniz Abdullayeva deyir ki, o, çox tərbiyəli, mehriban uşaq idi, hərb sənətini də könüllü olaraq seçib:
“Füzuli, Cəbrayıl, Zəngilanın alınmasında iştirak edib. Adını “ermənilərin qənimi” qoyublar. Döyüş yoldaşları deyir ki, Allahverdi nə zaman qabağa getsə, o günü işimiz əla alınırdı”.
Qeyd edək ki, Allahverdi Ələkbərov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Prezident 2025-ci ilin prioritetini elan etdi - "Böyük Qayıdış proqramı"nın icrası sürətlənəcək
- Cəbrayılda daha 49 ailəyə evlərin açarları təqdim olunub
- Cəbrayıl sakini: "Olmazın çətinliklərini çəkdik, amma o günlər geridə qaldı"
- Keçmiş məcburi köçkün: "Cəbrayıl bizim üçün həssas nöqtədir"
- Vüqar Qurbanov: "Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib"
Rəylər