15 
Yan
2021
12:32
219
30
3437
Virtual karabakh

Hirkan Milli Parkındakı yanğınla bağlı nazirlikdən AÇIQLAMA - YENİLƏNİB

15 Yan, 2021
12:32
3437

Hirkan Milli Parkındakı yanğınla bağlı nazirlikdən AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hirkan Milli Parkında davam edən yanğın hadisəsi ilə bağlı son məlumatı açılayıb.

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, dünən gecədən parkda başlayan yanğın Astara və İranla həmsərhəd ərazidə baş verib:

“Küləyin güclü olması və ərazinin çətin relyefə yerləşməsinə görə, yanğınsöndürən maşınlar tərəfindən müdaxilə çətinləşir. Buna görə yanğının söndürülməsində əl əməyindən istifadə olunur. Parkın, ərazidə mövcud olan meşə idarəsinin, Fövqəladə Hallar Nazirliyinin yerli bölməsinin əməkdaşları və kənd camaatı yanğının söndürülməsində iştirak edirlər”.

“Bu gün səhər saatlarında əlavə kömək məqsədi ilə bir qrup heyət yanğın yerinə göndərilib. Artıq yanğının nisbətən qarşısı alınıb”, - deyə rəis qeyd edib.

İlhamə Əbülfət

10:54

Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir.

Bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Bildirilib ki, yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Yanğının söndürülməsi və geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyindən (FHN) əlavə qüvvələr cəlb olunub. Hazırda Cənub Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları mürəkkəb relyef şəraitində (yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur) yanğınsöndürmə işlərini həyata keçirirlər.

Bu gün səhər saatlarından etibarən FHN-nin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri