Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sumqayıtda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Sumqayıt şəhərində anım tədbiri keçirilib.
Bu barədə Oxu.Az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda anım tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, hüquq mühafizə orqanlarının rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları Sumqayıt şəhər Nəsimi parkında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib, abidə qarşısına güllər düzərək Xocalıda şəhid olan soydaşlarımızı dərin ehtiramla yad ediblər. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları Sumqayıtın şəhidlər xiyabanını ziyarət edib, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriliblər.
Sumqayıt şəhərində məskunlaşan Xocalı sakinləri ilə görüşən İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biri olduğunu vurğulayıb. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunub. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Xocalı qurbanlarının qisası alındı və onların qanı yerdə qalmadı.
Könül Cəfərli
Rəylər