Şərur rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin 3 üzvü həyatını itirib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Püsyan kəndində qeydə alınıb.
İlkin məlumata görə, 68-BC-455 dövlət qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobil ilə 68-BB-655 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.
Qəza nəticəsində Nəvai Həsənov, Tamara Həsənova və Alparslan Həsənov hadisə yerində ölüblər. Onların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisə zamanı ailənin xəsarət alan digər üzvü İnci Həsənova, eləcə də digər avtomobilin sürücüsü Rəşad Məmmədov Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, araşdırma aparılır.