Oğuz rayonunda ölüm hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 5-i axşam saatlarında rayonun Xaçmaz kəndi ərazisindəki mənzillərdən birində qeydə alınıb.
1977-ci il təvəllüdlü Əziz Şahvələnd oğlu Qəhrəmanov istirahət etmək üçün həmin kənddə ev kirayələyib. O, evdə olarkən qəfil halı pisləşib və ölüb. Məlumata görə, Ə.Qəhrəmanov infarkt keçirib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12