Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda yoluxanlar arasında qadınlar çoxluq təşkil edir - RƏSMİ
“Dekabrın sonunda sərt karantinə keçiddə yoluxma sayında ciddi azalma olub. Yanvar ayında biz yavaş-yavaş karantin rejimində yumşalmaya getdik”.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, yumşalmalar zamanı yoluxmaların dalğasının artması gözlənilirdi:
“Ən çox yoluxma 52,9 faiz ilə Bakıdadır. Daha sonra Sumqayıt, Abşeron və digər ərazilər yoluxma sayına görə ön plandadır.
Paytaxt üzrə yoluxma sayı Xətai və Binəqədi rayonu üzrə çoxluq təşkil edir. Yoluxanların əksəriyyəti qadınlardır”.
Könül Cəfərli
Rəylər