Abşeron rayonunda 567 nömrəli sərnişin avtobusunda tüstülənmə baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım olunub.
Sürücü avtobusu saxlayaraq sərnişinlərin təhlükəsiz şəkildə təxliyəsini təmin edib. Bildirilib ki, sözügedən marşrut üzrə belə hadisələr bir neçə dəfə də baş verib.
Qeyd edək ki, 567 nömrəli müntəzəm marşrut xətti Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə Qobu qəsəbəsi istiqamətində hərəkət edir.
İqbal Ziya
Qaynar xətt:
(055) 224 12 12