Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda “Azərsu” əməkdaşı iş yerində intihar etdi - YENİLƏNİB + VİDEO
“Azərsu” ASC-nin iş yerində intihar edən əməkdaşı Elxan Quliyev dəfn edilib.
Baku TV E.Quliyevin yaşadığı ünvanda olub və hadisənin səbəblərini öyrənməyə çalışıb.
Ətraflı süjeti təqdim edirik:
12.24
Bakıda, “Azərsu” ASC-nin əməkdaşı intihar edib.
Oxu.Az-ın məlumatına görə, qurum əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev çalışdığı Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində intihar edib.
Onun Su Kanal İdarəsində maşinist işlədiyi bildirilir. İntiharın hansı səbəbdən baş verdiyi bilinmir.
Faktı Oxu.Az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təsdiq edib:
"Onun iki azyaşlı övladı var. E.Quliyev nizam-intizamlı işçi olub".
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Könül Cəfərli
Rəylər