Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
YAP sabah Hüseynbala Mirələmovla bağlı qərar verəcək
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin sabah keçiriləcək iclasında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytında məlumat paylaşılıb.
Ötən gün H.Mirələmovun qeyri-etik hərəkətə yol verməsi ilə bağlı görüntülər yayılıb. Video cəmiyyətdə qınaq obyektinə çevrilib.
Qeyd edilib ki, Hüseynbala Mirələmovun bu hərəkətləri təmsil olunduğu siyasi partiya nümayəndələri tərəfindən də şiddətlə qınanılıb.
Xatırladaq ki, YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev APA-nın müxbirinin sualına cavab olaraq bildirib ki, məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanıb:
“Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunub. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək”.
Mövzuya aid xəbərlər
- Hüseynbala Mirələmov Ağsaqqallar Şurasından da ÇIXARILACAQ? - AÇIQLAMA
- Hüseynbala Mirələmov vəzifəsindən qovuldu
- Hüseynbala Mirələmovun biabırçı videosu ilə bağlı YAP-dan AÇIQLAMA
- Yayılmış əxlaqsız görüntüləri ilə bağlı sabiq deputat Hüseynbala Mirələmovdan AÇIQLAMA - VİDEO
- Sabiq deputat Hüseynbala Mirələmovun əxlaqsızlığı - VİDEO
Rəylər