30 
İyl
2021
13:12
417
12
2244
Virtual karabakh

Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO

30 İyl, 2021
13:12
2244

Vətən müharibəsi şəhidinin doğum günüdür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Kamil Salahovun doğum günüdür.

Oxu.Az xəbər verir ki, Salahov Kamil Mətləb oğlu 1998-ci ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olub.

Müharibənin ilk günlərindən ön cəbhədə olan Kamil Salahov Talış və Suqovuşanın işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qəhrəmancasına döyüşən K.Salahov Vətən müharibəsinin ilk günlərində şəhid olan hərbçilərimizdən olub. Düşmənin doqquz postunu yaran qəhrəmanımız yaralı döyüş yoldaşlarını xilas etmək istəyərkən snayper gülləsi ilə başından vurularaq şəhid olub.

Sentyabrın 28-də Suqovuşan istiqamətində şəhidlik zirvəsinə ucalan K.Salahov sentyabrın 29-da rayonun Aran qəsəbə qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Salahov Kamil Mətləb oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Qeyd edək ki, K.Salahov müxtəlif idman növləri ilə məşğul olub. Eyni zamanda dəfələrlə qarışıq idman növü üzrə (MMA) dünya çempionu olub.

Şəhidin vətənə əmanət bir övladı var.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri