Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı Şəhəri üzrə Təhsil İdarəsi şagirdlərdən sağlamlıq haqqında arayışın tələb olunmasına aydınlıq gətirdi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakıdakı məktəblərdə şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı məktəblərində COVID-19 virusuna yoluxan və ya koronavirus xəstəsi ilə yaxın təmasda olan şagirdlərdən Gigiyena və Epidemiologiya Mərkəzinin tələblərinə uyğun olaraq, məktəb rəhbərliyi tərəfindən sağlamlıq haqqında arayış tələb olunur:
“Onu da qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”.
Qeyd edək ki, sosial şəbəkələrdə məktəblərdə uşaqlardan arayış tələb olunması ilə bağlı məlumat yayılmışdı.
İlhamə Əbülfət
"COVID-19" teqi üzrə xəbərlər
- COVID-19-un daha bir qorxunc fəsadı üzə çıxdı
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
Rəylər