Dek
2021
12:04
39
430
17886
Virtual karabakh

Bakı metrosunda ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB + FOTO

9 Dek, 2021
12:04
17886

Bakı metrosunda ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Metropoliteninin “28 May” stansiyasında ölən şəxsin kimliyi məlum olub. 

Oxu.Az-ın məlumatına görə, həmin şəxs Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayevdir. 

O, universitetə gedən zaman ürəktutmasından metroda vəfat edib. 

Ə.Babayevin 72 yaşı var idi.

09:24

“Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında baş verən ölüm hadisəsi ilə bağlı açıqlama verib. 

QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə bu gün səhər saat 08:10 radələrində baş verib:

“Bir nəfər sərnişin qatarda özünü pis hiss edib. Həmin şəxs stansiyanın platformasına çıxarılıb və təcili tibbi yardım çağırılıb. Lakin onun həyatın xilas etmək mümkün olmayıb. Vəfat edən şəxs yaşlı kişidir”.

09:04

Bakı metrosunun “28 May” stansiyasında ölüm hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 

Ölən şəxsin kişi olduğu bildirilir. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında məlumatı təsdiqləyib:

“Hadisə barədə ətraflı məlumat veriləcək”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri