28 
Yan
2022
18:26
378
15
3653
Virtual karabakh

Məktəbin yanında narkotik satan şəxs saxlanıldı - FOTO

28 Yan, 2022
18:26
3653

Məktəbin yanında narkotik satan şəxs saxlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı rayonu Əmircan qəsəbəsində narkotik vasitə satılır.

Bu barədə sosial şəbəkədə yayılıb. 

İddia edilib ki, rayonun Əmircan qəsəbəsində, 84 saylı məktəbin yanında 77-PC-269 dövlət nömrə nişanlı avtomobil narkotik vasitə satır. 

Həmin şəxs mənzili kirayə götürüb orada narkotik vasitələrinin satışı ilə məşğul olurlar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, 77-PC-269 dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edən 1983-cü il təvəllüdlü Nahid Əliyev tutulub:

“Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq cinayət işi başlayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir”.

İlhamə Əbülfət

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri