İyn
2022
11:00
19
219
5439
Virtual karabakh

Nazirlik bir hərflə iki adamı aylardır ayırd edə bilmir: Fərarini veteran, veteranı fərari etdilər - İDDİA

3 İyn, 2022
11:00
5439

Nazirlik bir hərflə iki adamı aylardır ayırd edə bilmir: Fərarini veteran, veteranı fərari etdilər - İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişli rayonunda iki şəxsin sənədləri bir-birinə necə qarışıbsa, heç kim ayıra bilmir.  

Bu barədə Oxu.Az-a İmişli rayon sakini Əliyev Cehun Faiq oğlu məlumat verib.

Vətəndaş iddia edir ki, yaşadığı İmişli rayonunun hərbi komissarlığında ad, soyad, hətta ata adı eyni olan başqa sakin ilə onun şəxsi işləri bir-birinə qarışıb. Yeganə fərq isə şəxslərin adındakı “y” hərfindədir:

“Mən 18.09.1994-cü ildə doğulmuşam. Mənimlə eyni ad, soyad, ata adı üst-üstə düşən Əliyev Ceyhun Faiq oğlu isə 07.27.1989-cu il təvəllüdlüdür. Mən 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Sentyabrın 29-dan xidmət etdiyim hərbi hissədən müvafiq əmrlə Xocavənd, Qubadlı, Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Amma o, bilmirəm, hansısa səbəblərdən İmişli Hərbi Komissarlığında fərari kimi qeydiyyata alınıb.

Müharibədən qayıtdıqdan sonra bizim şəxsi işlərimizi qarışdırıblar və mənim veteranlığımı ona veriblər. Bizim aramızda kifayət qədər yaş fərqi də var, lakin heç kim müraciətimə baxmır. İmişli Rayon Hərbi Komissarlığından mənə sənədlərimizin qarışıq düşdüyü deyilib, lakin müraciət etsəm də, məsələnin həlli üçün heç kim iş görmür. Artıq altı aydır, mən bu problemin həlli üçün aidiyyəti qurumlara – Müdafiə Nazirliyinə, Hərbi Komissarlığa, prokurorluq orqanlarına – məktub ünvanlamışam. Heç birindən də cavab gəlmir”.

Vətəndaş iddia edir ki, təvəllüdləri çox fərqli olsa da, adlarında hərf fərqi olsa da, heç bir qurum, nazirlik məsələnin aydınlaşdırılması üçün iki tərəfi də müvafiq qaydada dəvət edib çıxış yolu tapmağa cəhd etməyib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini Anar Eyvazov Oxu.Az-a açıqlamasında bildirdi ki, sözügedən şəxslə bağlı məsələ həll ediləcək:

“Bu şəxslə bağlı zəruri sənədlər artıq hazırlanıb, komissiyaya göndəriləcək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri