Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Lənkəranda 41 yaşlı qadın qətlə yetirildi - Həyat yoldaşı saxlanıldı
Lənkəranda 41 yaşlı qadın qətlə yetirilib.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib.
Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılsa da, çoxlu qan itirdiyindən əməliyyata alınıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, ailə münaqişəli kimi polis şöbəsində qeydiyyatda olub. Son baş vermiş hadisənin də ailə münaqişəsi zəminində baş verdiyi güman edilir. Hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı, 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- 25 yaşlı qadının əri tərəfindən qətlə yetirilməsinin TƏFƏRRÜATI
- Əmisi oğlunu güllələyib bıçaqladı: Məhkəmədə insan olmadığını iddia etdi
- Namus üstündə QƏTL: Oğul kafe açılışında anasının dostunu və ofisiantı ÖLDÜRDÜ
- Tərtərdə 34 yaşlı oğlan qətlə yetirilib - Atası SAXLANILDI
- Sumqayıtda tanışını döyərək qətlə yetirən şəxsə hökm oxunub