Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Eldar Həsənov Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
O, bundan əvvəl Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin inzibati təcrübə üzrə baş inspektoru olub.
İlhamə Əbülfət