Bakının mərkəzində, Səməd Vurğun və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, qəza zamanı sərnişin avtobusu "Hyundai" markalı avtomobillə, həmin avtomobil isə BMW ilə toqquşub. BMW daha sonra digər "Hyundai" avtomobilinə çırpılıb.
Hadisə nəticəsində yaralananların olub-olmadığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12