Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda polisin ona tabe olmayan şəxsin maşınına atəş açması qanunidir? - YENİLƏNİB + ANBAAN VİDEO + FOTO
“Şəxsin polisin qanuni tələbinə tabe olmaması Azərbaycan Respublikasının İnzibati Xətalar (İXM) Məcəlləsinin 535.1-ci maddəsinə görə məsuliyyət yaradır. Fiziki şəxslər 200 manat məbləğində cərimə edilir. Yol verilən qanun pozuntusunun hallarına və şəxsin şəxsiyyəti nəzərə alınmaqla bir ay müddətinə inzibati qaydada həbs edilməsi mümkündür”.
Bu barədə hüquqşünas Ramil Süleymanov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Səbail rayonunda gecə saatlarında tabesizlik göstərən sürücünün idarə etdiyi yük maşınının polis əməkdaşları tərəfindən silahdan atəş açılaraq dayandırılması hadisəsinə münasibət bildirərkən deyib.
Könül Cəfərli
Rəylər