17 
Noy
2022
16:52
17
186
2501
Virtual karabakh

Borca görə tanışını başından bıçaqladı

17 Noy, 2022
16:52
2501

Borca görə tanışını başından bıçaqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaş rayon sakininə xəsarət yetirilib. 

Oxu.Az-ın məlumatına görə, 25 yaşlı Məhəmməd Nağıyev Ağdaş şəhər sakini, 24 yaşlı Əvəz Aslanovla aralarında yaranan mübahisə zamanı bıçaqla onun baş nahiyəsindən qəsdən vuraraq xəsarət yetirib.

Mübahisənin borca görə baş verdiyi bildirilir. 

Belə ki, Məhəmmədin Əvəzə borcu olub və aralarında dava düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd olunan məsələ ilə bağlı zərərçəkən şikayət ərizəsi ilə polisə müraciət edib:

“Mübahisə edən tərəflərin izahatları alınıb, hadisənin hansı zəmində və nə səbəbdən baş verməsi ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri