29 
Mar
2023
13:50
254
46
5743
Virtual karabakh

DİN Fazil Mustafanın evini və yaxınlarının mühafizəsini təmin edir - FOTO/VİDEO

29 Mar, 2023
13:50
5743

DİN Fazil Mustafanın evini və yaxınlarının mühafizəsini təmin edir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı ötən gecə yaşadığı evin qarşısında törədilən sui-qəsdlə əlaqədar olaraq yaşayış evi hüquq-mühafizə orqanları tərəfindən mühafizə edilir. 

Oxu.Az-ın məlumatına görə, təhlükəsizlik məqsədilə paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən deputatın evinin ətrafında Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinin (PPX), Çevik Polis Alayının (ÇPA) əməkdaşları tərəfindən mühafizə olunur. 

Fazil Mustafanın ailəsi, eləcə də birinci dərəcəli ailə yaxınlarının da təhlükəsizliyi ilə bağlı zəruri bütün tədbirlər görülüb. 

Bu barədə məlumatı Oxu.Az-a Fazil Mustafanın qardaşı İlqar Mustafayev də təsdiq edib.

Deputatın evinin qarşısından son görüntüləri təqdim edirik:

Daha çox foto burada : PhotoStock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri