Daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb:
“Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur”.
16:26
“Bakı Metropoliteni” QSC-nin “Gənclik” stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb.
Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Məlumata görə, hadisə nəticəsində maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gəlməsinə imkan verilməyib.
Könül Cəfərli