12 
Apr
2023
12:56
19
240
2240
Virtual karabakh

“Formula-1”: Azərbaycan Qran-prisinin uniforma və akkreditasiya mərkəzi fəaliyyətə başlayıb - FOTO/VİDEO

12 Apr, 2023
12:56
2240

“Formula-1”: Azərbaycan Qran-prisinin uniforma və akkreditasiya mərkəzi fəaliyyətə başlayıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin uniforma və akkreditasiya mərkəzi fəaliyyətə başlayıb.

“Report”un məlumatına görə, bunu Bakı Şəhər Halqasının (BŞH) İnsan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mərkəzdə 100-ə yaxın könüllü fəaliyyət göstərir:

“Bakı Şəhər Halqasının könüllüləri bütün əməliyyatlara cəlb olunurlar. Belə irimiqyaslı tədbir üçün könüllülər ciddi təlim proqramından keçirlər”.

İranə Əhmədova əlavə edib ki, mərkəzdə 9000 ədəd uniforma və 14 000 ədəd akkreditasiyanın verilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 aprel aralığında baş tutacaq.

Daha çox foto burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri