17 
May
2023
10:34
41
31
912
Virtual karabakh

Bakıda beynəlxalq qadınlar konqresinin açılış mərasimi keçirilir - FOTO

17 May, 2023
10:34
912

Bakıda beynəlxalq qadınlar konqresinin açılış mərasimi keçirilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda regionun qadın liderliyinə həsr edilən ən böyük tədbirlərdən biri olan “SHE (Smart, Happy, Equal) Congress” beynəlxalq qadınlar konqresinin açılış mərasimi keçirilir.

Oxu.Az xəbər verir ki, konqres Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Bu, baş tutan sayca beşinci qadınlar konqresi hesab olunur.

Konqresdə həm dövlət, həm özəl qurumların nümayəndələri ilə yanaşı, yüzlərlə sahibkar qadınlar iştirak edirlər.

Ölkənin və regionun lider qadınlarını bir araya gətirən bu tədbir iştirakçılara ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, qadın sahibkarlar və müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq imkanı yaradır.

Qeyd edək ki, “Öz həyatına sahib ol” (“Own your life”) şüarı altında baş tutan konfransda qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş panel müzakirələri, dinamik sessiyalar və seminarlar təşkil olunacaq.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri