24 
May
2023
22:38
401
27
2601
Virtual karabakh

Bakıda avtobus dayanacağını zəbt edən taksilər ərazidən YIĞIŞDIRILDI - VİDEO

24 May, 2023
22:38
2601

Bakıda avtobus dayanacağını zəbt edən taksilər ərazidən YIĞIŞDIRILDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səbail rayonu, 20-ci sahənin dairəsi, avtobus dayanacağını taksilər tərəfindən zəbt edilib.

Belə ki, taksilərin qaydalara riayət etmədən qanunsuz və nizamsız şəkildə avtobusların dayanacağa daxil olmasına imkan vermədiklərini qeyd etmişdik. Üstəlik ərazini bağlayaraq sərnişinlərin də avtobuslara rahat şəkildə minməsinə mane olduqlarını bildirmişdik. 

Qeyd edək ki, analoji hal hər gün yaşandığı üçün sərnişinlərin ciddi narahatlığına və etirazına səbəb olub. Elə onların müraciəti əsasında məsələni ictimailəşdirdik. 

Çox keçmədən Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi dərhal məsələyə operativ reaksiya verib və özügedən taksilərin ərazidən yığışdırılmasına başlanıb. 

Bu barədə Bizim.Media-ya qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə hazırda Səbail rayonu Dövlət Yol Polisinin əməkdaşları həmin ərazidədirlər. Qanun pozuntusuna yol vermiş taksi sürücüləri barədə lazımi tədbirlər görülür. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə uyğun olaraq bu hal 40 manat məbləğində cərimə məsuliyyəti yaradır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri