Abşeron rayonunda azyaşlının qəzada həlak olması ilə bağlı cinayət işi başladılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, fakta görə Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb:
“Müvafiq ekspertiza təyin edilib. Zəruri istintaq hərəkətləri davam etdirilir”.
11:46
Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayon Qobu qəsəbəsində 3 yaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarənin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Q.Mahmudovun idarə etdiyi “Honda” markalı 90-CZ-552 dövlət nömrə nişanlı avtomobil arxaya doğru hərəkət edərkən 3 yaşlı uşağın ölümünə səbəb olub.
Sürücü ilə bağlı hansı tədbirin görülməsinə gəlincə, R.Tağıyev bildirib ki, bu, istintaqa aid məqamdır və yol polisinin səlahiyyətində deyil.
Şöbə rəisi sürücülərə və valideynlərə müraciət edib:
“Sürücülərdən bir daha xahiş edirik ki, məhəllələrarası yollarda təhlükəsizliyə tam əmin olduqdan sonra hərəkət etsinlər.
Valideynlərdən azyaşlı uşaqları nəzarətsiz buraxmamağı xahiş edirik”.
11:24
Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Qeyd edilib ki, hadisə iyunun 4-ü, saat 18 radələrində Abşeron rayon Qobu qəsəbəsində baş verib.
Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.
Azyaşlının ailəsindən Oxu.Az-a bildirilib ki, hadisəni törədən sürücü həmin ərazidə yaşayır, qonşudur. Ailə üzvləri onu da qeyd ediblər ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.
Qəzanın baş vermə anını əks etdirən görüntüləri təqdim edirik:
Abşeron rayonunda azyaşlının qəzada həlak olması ilə bağlı cinayət işi başladılıb.Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı...
Aysel Aslan
Rəylər