25 
İyn
2023
20:45
98
48
1401
Virtual karabakh

AzMİU tələbələrinin “Məzun günü” keçirilib - FOTO

25 İyn, 2023
20:45
1401

AzMİU tələbələrinin “Məzun günü” keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) “Məzun Günü” keçirilib.

Oxu.Az xəbər verir ki, “Elektra Events Hall”da təşkil edilən mərasimdə Rəqəmsal İnkişaf və Nəliyyat nazirinin müavini Samir Məmmədov, universitet rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, onların valideynləri, millət vəkilləri və digər rəsmilər iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Buraxılış mərasimində çıxış edən AzMİU-un rektoru professor Gülçöhrə Məmmədova tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb:

“Başa vurduğumuz tədris ilində AzMİU-dan 1320  bakalavr, 400 magistr olmaqla, 1720 tələbə məzun olur. Məzun olan 1320 bakalavr arasında 63 nəfər əcnəbi tələbədir. AzMİU-nun nəzdində İnşaat Kollecinin isə bu il 429 subbakalavr bitirir. Tələbələrimizin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, onlardan 28-i universiteti fərqlənmə diplomu ilə bitirib. AzMİU-nun məzunu adını qazanan gəncləri bir daha təbrik edir, onlara gəncliyin bəxş etdiyi enerjidən faydalanaraq böyük uğurlara imza atmağı arzulayıram. Bu gün məzun olan tələbələrin gələcəkdə də universitetimizin adını uca tutacaqlarına inanıram. Memarlıq inşaat sahəsinin 102 yaşı var desək yerinə düşər. Heydər Əliyevin təşəbbüsü ilə yaradılan universitetimiz fəaliyyəti illərində ulu öndərin adına layiq olmağa, onun siyasətini davam etdirməyə çalışıb. Əlimizdən gələni etmişik ki təhsil sistemində təkmilləşmə, inkişaf apararaq ölkəni bilikli, peşəkar mühəndislərlə təmin edək. Təhsildə bu illər ərzində çox şey dəyişib. Bu il universitetimizin 48-ci buraxılışıdır. Hər birinizə gələcəkdə uğurlar arzu edirəm”

Daha sonra rektor umiversitetin Vətən müharibəsində iştirak edən qazi tələbələrini təltif edib.

Mərasimin fəxri qonaqları AzMİU-nun müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomlarını təqdim ediblər. Eləcə də təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə də mükafatlar verilib.

Məzunların ənənəvi “papaqatma” mərasimi keçirildikdən sonra xatirə şəkili çəkdirilib.

Mərasim konsert proqramı ilə davam edib.

Daha çox foto burada: PhotoStock.Az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri