Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyəli iş adamı Bakıda qızını xilas edən zaman batıb
Ötən gün Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində suda batan Türkiyə vətəndaşı dörd yaşlı qızını xilas edən zaman boğulub.
Oxu.Az-ın məlumatına görə, 1983-cü il təvəllüdlü Süleyman Filizin dörd yaşında qızı suda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman ata suya girib, qızını xilas edib, ancaq özü boğulub, onun cansız bədəni “Qayalıqlar” deyilən ərazidə aşkarlanıb.
S.Filizin meyiti aidiyyəti üzrə təhvil verilib.
Türkiyə vətəndaşının iş adamı olduğu bildirilir.
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər