İyunun 29-da Bakının bəzi hissələrində elektrik enerjisinin verilməsində məhdudiyyət yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq.
"Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin küçə daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda bildirilib.