28 
Sen
2023
11:27
321
12
4291
Virtual karabakh

30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslə vida mərasimi keçirilib - YENİLƏNİB + FOTO

28 Sen, 2023
11:27
4291

30 il sonra Xocavənddə meyitinin qalıqları tapılan şəxslə vida mərasimi keçirilib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Murquzlu dağının Üçtəpə yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevlə vida mərasimi keçirilib.

“Report” xəbər verir ki, şəhidin cənazəsi dəfn olunması üçün Füzuli rayonuna aparılır.

Cahid Nağıyevin meyitinin qalıqları doğulduğu Aşağı Seyidəhmədli kəndində torpağa tapşırılacaq.

11:10

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Murquzlu dağının Üçtəpə yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevlə vida mərasimi keçirilir.

“Report” xəbər verir ki, şəhidin cənazəsi ailəsinin Bakının Nərimanov rayonunda yaşadığı evə gətirilib.

Vida mərasimində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailəsi və yaxınları iştirak edirlər.

Cahid Nağıyevin meyitinin qalıqları vida mərasimi başa çatdıqdan sonra Füzuli rayonuna aparılacaq və doğulduğu Aşağı Seyidəhmədli kəndində torpağa tapşırılacaq.

10:02

Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun “Murquzlu” dağının “Üçtəpə” yüksəkliyi ərazisində itkin düşən və 30 ildən sonra meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində tapılan Cahid Nağıyevin nəşi ailəsinə təhvil verilib.

“Report”un xəbərinə görə, hazırda şəhidin cənazəsi vida mərasimi keçirilməsi üçün ailəsinin Bakının Nərimanov rayonunda yaşadığı evə aparılır.

Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.

O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, Nağıyev Cahid Şəfa oğlunun 1969-cu il avqustun 26-da Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində anadan olub. O, 1993-cü il avqustun 8-də Füzuli rayonunda, “Murquzlu” dağı “Üçtəpə” yüksəkliyi ərazisində itkin düşüb.

Xocavəndin Edilli kəndi düşmən işğalından azad edildikdən sonra kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin C.Nağıyevə məxsus olduğu təsdiqlənib.

Daha çox şəkil burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri