Bakı şəhərində marketdə xarab məhsul satılıb.
Bu barədə Oxu.Az-a vətəndaş şikayət ünvanlayıb.
Belə ki, sakin marketlərin birindən sərinləşdirici içki alıb. Evdə onu açan zaman kiflənmiş olduğunu görüb:
View this post on InstagramMövzu ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.
AQTA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ barədə qurumun Bakı regional bölməsi tərəfindən müvafiq araşdırmalara başlanıb:
“Aparılan araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək. Eyni zamanda, qida zəncirinin istənilən mərhələsində baş verən nöqsanlarla bağlı vətəndaşlardan agentliyin “1003” Çağrı Mərkəzinə məlumat verməsi xahiş olunur. Daxil olan müraciətlər qanunauyğun şəkildə araşdırılır və lazımi addımlar atılır”.
İlhamə Əbülfət
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Ramazan Nəbiyevə yüksək VƏZİFƏ VERİLDİ - FOTO
- Bazarlarda satılan ağartı məhsullarının etiketlənməsinə başlanılır
- Gənclərin 70 faizdən çoxu energetik içkiləri ayırd edə bilmir - AQTA rəsmisindən İLGİNC AÇIQLAMALAR
- Arıqlamaq istəyənlərin nəzərinə: AQTA-dan qanunsuz məhsullarla bağlı AÇIQLAMA
- Daha bir rayonda heyvan bazarı fəaliyyətə başlayacaq
Ən çox oxunanlarDigər xəbərlər