24 
Noy
2023
19:50
67
9
1250
Virtual karabakh

Müzəffər Ağakərimov: “Daxili və xarici turizmdən gələn gəlirlər bir ölkənin büdcəsinin əsas yerini tutur”

24 Noy, 2023
19:50
1250

Müzəffər Ağakərimov: “Daxili və xarici turizmdən gələn gəlirlər bir ölkənin büdcəsinin əsas yerini tutur”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiya dövründən sonra turizm və hotelçilik sahəsində yeni çağırışlar yaranıb. Eyni zamanda, sərhədlərin hələ də bağlı olması bu sektorun inkişafına təsirsiz ötüşmür”.

Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin (ATAA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

M.Ağayev bildirib ki, koronavirus pandemiyası Azərbaycan turizminin güclü bünövrəsinin olduğunu sübut etdi:

“Məhz bu güclü bünövrəyə görə pandemiya dövründən Azərbaycan turizmi üzüağ çıxdı. Azərbaycan turizm sektoru bu gün yenidən bərpa və inkişaf mərhələsindədir. Sərhədlərlə bağlı məsələ də vaxtı gələndə həll olunacaq. Azərbaycanın hər bir guşəsində daxili turizm yüksək səviyyədə inkişaf edir. Ümumiyyətlə, daxili və xarici turizmdən gələn gəlirlər bir ölkənin büdcəsinin əsas yerini tutur. Fikir verin, 10 il bundan öncə daxili turizm bir o qədər də inkişaf etməmişdi. İndi isə öz vətəndaşlarımızın böyük bir hissəsi istirahət zamanı daxili turizmin imkanlarından yararlanır.

Bu, bir yox, bir neçə amildən irəli gəlir. Ukrayna və Rusiya arasındakı müharibə, Yaxın Şərqdə baş verən hadisələr və eləcə də bir sıra digər proseslər turistlərin seçiminə təsir edir.

Azərbaycan əhalisi öz ölkəsində istirahət etməyə üstünlük verir. Düşünürəm ki, bu, düzgün qərardır. Bütün Qafqazda Azərbaycan həm insan potensialına, həm ərazisinə, həm təbii nemətlərinə görə birinci yerdə qərarlaşıb. Biz bütün qüvvəmizi daxili turizmə yönəltsək, sürətli inkişaf əldə edərik. Bu da get-gedə ölkə büdcəsinə daha çox gəlir gətirər”.

Tələbələrin təhsil ala-ala təcrübə üçün hotellərə göndərilməsi məsələsinin önəmli olduğunu vurğulayan M.Ağakərimov onu da əlavə edib ki, bu gün təhsil müəssisələri ilə sənaye sahəsində çalışan mütəxəssislər birgə fəaliyyətə meyillidirlər:

“Tələbələrin hotellərə praktika üçün göndərilməsi təmin ediləcək. Həmin hotellərin mütəxəssisləri hər bir departament - təmizlik, ön büro, restoran, içki şöbəsi və s. - üzrə tələbələrə müvafiq təlimlər keçəcəklər. Burada heç bir problem olmayacaq. Hazırda hotellərdə istədin-istəmədin təcrübə qazanılır. Lap heç bir anlayışı olmayan, bu sahəyə həvəsi olan biri hoteldə təcrübəyə başlasa, cəmi üç ay sonra özündəki ciddi dəyişikliyi hiss edəcək. Burada yeganə problem dil bilikləridir. Dil bilikləri turizm və hotelçilik sektorunda təməl prinsiplərdən biridir. Turistlərlə əl-qol ilə danışmaq, izah etmək mümkün deyil. Digər sahələrdə jestlərlə işin içindən çıxmaq olar, amma bizim sektorda düzgün ünsiyyət bacarığı vacib şərtdir. Xüsusilə rus və ingilis dillərini bilmək tövsiyə edilir. Nə qədər çox dil bildin, o qədər yaxşıdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri