18 
Dek
2023
13:35
67
17
3800
Virtual karabakh

PFL-in qəzaya düşən mətbuat katibi həmkarlarının son durumunu AÇIQLADI - YENİLƏNİB + VİDEO

18 Dek, 2023
13:35
3800

PFL-in qəzaya düşən mətbuat katibi həmkarlarının son durumunu AÇIQLADI - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Reanimasiyada olan prezident Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin durumunun qənaətbəxş olduğu deyilir”.

Bunu “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının Mətbuat Xidmətinin rəhbəri Sənan Abdullayev Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən qurumun əməkdaşlarının son durumu barədə məlumat verərkən deyib.

O bildirib ki, “Liv Bona Dea Hospital”da əməliyyat olunan hər iki şəxs hazırda reanimasiyadadır:

“Elxan müəllimin bədənində çoxsaylı sınıqlar və əzilmələr var. Hər iki ayağı sınıb, qolu gipsdədir. Aslan müəllimin onurğa sütununda sınıq var idi, dünən əməliyyat olunub. Əməliyyatdan sonra hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir”.

Avtomobilin sürücüsü Rasim Qafarlının hər iki ayağında əzilmə və müxtəlif dərəcəli sınıqlar olduğunu vurğulayan mətbuat katibi onun da əməliyyat edildiyini söyləyib.

Sənan Abdullayev həm özünün, həm də texniki-idman direktoru Elgiz Abbasovla icraçı direktor Zaur Hacı-Məhərrəmovun hazırkı vəziyyəti barədə də məlumat verib:

“Elgiz Abbasovun sağ ayağı qırılıb, gipsə salınıb. Zaur Hacı-Məhərrəmovun burnu qırılıb, çiyin nahiyəsində çat var. Mənim isə topuqlarım əzilib, dabanımda yara dərin olduğu üçün tikiş qoyulacaq. Sol ayaq barmağımda da kəsik var, tikiş qoyulacaq. Həmçinin, sol ayağımda və əl barmağımda qırıq var”.

11:57

Dekabrın 16-da səhər saatlarında Ağdam-Xankəndi yolunda qəzaya düşən Peşəkar Futbol Liqasının rəsmilərinin son vəziyyəti açıqlanıb.

Yaralıların yerləşdirildiyi “Liv Bona Dea Hospital”ın mətbuat katibi Samir Oruc Oxu.Az-a bildirib ki, əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və PFL vitse-prezidenti Aslan Şahgəldiyevin vəziyyəti stabildir:

“Reanimasiya şəraitində müalicələri davam edir. Digər dörd xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir”.

Qeyd edək ki, hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu ərazisindən keçən hissəsində baş verib. 

Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, PFL texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri