26 
Dek
2023
21:50
29
404
9273
Virtual karabakh

Ağdamda minaya düşən ANAMA əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib - YENİLƏNİB + FOTO

26 Dek, 2023
21:50
9273

Ağdamda minaya düşən ANAMA əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonunda minaya düşən Azərbayca Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Zaur Mahmudov Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib.

APA xəbər verir ki, ona tibbi yardım göstərilib. Z.Mahmudovun yaxını Mahmud Mahmudovun sözlərinə görə, yaralanan şəxs Bakı şəhərinə aparılacaq.

İlkin məlumata görə, ANAMA əməkdaşının sol ayağının daban nahiyəsində problem var. Ümumilikdə isə huşu yerindədir və yaxınları ilə danışır.

Qeyd edək ki, Zaur Mahmudov Qazax rayonundadır və üç ildən artıqdır ANAMA-da çalışır.

18:58

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudovun vəziyyəti qənaətbəxşdir.

“Report”un əldə etdiyi məlumata görə, yaralıya sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu təyin edilib. Ona ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

17:25

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən əməkdaşının tibb müəssisəsinə təxliyəsi nəzərdə tutulur.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, bu gün günorta saat 14:00 radələrində Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə mina partlaması nəticəsində xəsarət almış bir nəfər daxil olub:

“17.08.1982-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu təyin edilib. Zərərçəkmişə zəruri tibbi yardım göstərilib, digər tibb müəssisəsinə təxliyəsi nəzərdə tutulur”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, minaya düşən ANAMA əməkdaşı Gəncə Mərkəzi Klinikasına köçürüləcək.

15:31

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində minaya düşən əməkdaşının son durumu açıqlanıb.

Agentlikdən bildirilib ki, minaya düşən Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir.

13:57

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Ağdamda minaya düşüb.

Bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, 2023-cü il 26 dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində agentliyin əməkdaşı 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri