22 
Fev
2024
14:05
19
290
2195
Virtual karabakh

Bakıda dibinə metlax döşənən ağacla bağlı qurumlar hərəkətə keçdilər - YENİLƏNİB + FOTO

22 Fev, 2024
14:05
2195

Bakıda dibinə metlax döşənən ağacla bağlı qurumlar hərəkətə keçdilər - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonu ərazisində dibinə metlax döşənən ağaca baxış keçirilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra hakimiyyətinin və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən ağacın dibi metlaxdan təmizlənib, müvafiq aqrotexniki qulluq olunub.

11:24

Paytaxtda ağaca qarşı amansız rəftar sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərin metronun “Həzi Aslanov” stansiyası yaxınlığında, Xudu Məmmədov küçəsi 103 ünvanında yerləşən restoranlardan birinin qarşısında çəkildiyi qeyd edilib.

Belə ki, beşmərtəbəli binanın hündürlüyünə bərabər olan şam ağacının dibinə metlax döşənərək ağacın inkişafının qarşısı alınıb. Məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri aidiyyəti qurumların tədbir görməsi, ağacların bu cür amansız rəftara məruz qalmaması üçün sahibkarlara xəbərdarlıq edilməsinin önəmli olduğunu bildiriblər.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri