14 
Sen
2018
14:06
36
87
3232
Virtual karabakh

AFFA avstriyalı mütəxəssisi sədr təyin etdi - YENİLƏNİB

14 Sen, 2018
14:06
3232

AFFA avstriyalı mütəxəssisi sədr təyin etdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA-nın tövsiyəsi əsasında AFFA Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yeni yaranan Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Avstriyadan olan mütəxəssis olacaq.

Bu, Frits Ştuxlik adlı keçmiş FIFA referisidir.

13:08

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) struktur dəyişikliyi baş tutub. 

Oxu.Az xəbər verir ki, qurum daxilində fəaliyyət göstərən Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib.

Bundan sonra qurum, sadəcə, Hakimlər Komitəsi adlandırılacaq. Komitələri birləşdirməkdə məqsəd maliyyə xərclərini azaltmaqdır.

Əldə etdiyimiz məlumata görə, Hakimlər Komitəsinin sədri də dəyişdiriləcək. Belə ki, yeni sədr dünya praktikasında olduğu kimi, əcnəbi mütəxəssis olacaq. Həmin mütəxəssisin adı hazırda davam edən AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra açıqlanacaq.

Qeyd edək ki, bugünədək Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakimlər Komitəsinin sədri isə Əli Hüseynov idi.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri