Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cütləri bilindi
Azərbaycan kubokunda 1/4 final mərhələsinin cütləri dəqiqləşib.
Oxu.Az xəbər verir ki, cütlərin tərkibi dünən keçirilən 1/8 final oyunlarından sonra bəlli olub.
Dünən keçirilən matçlarda Premyer Liqa klubları I divizion komandalarını, gözlənildiyi kimi, böyük hesabla məğlub edib. Belə ki, “Sabah” “Ağsu”nu, “Keşlə” isə “Şüvəlan”ı 3:0, “Səbail” “Kəpəz”i və “Sumqayıt” “Qaradağ Lökbatan”ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Beləliklə, 1/4 finalda “Sabah” “Qəbələ”yə rəqib olub. “Sumqayıt” “Neftçi”, “Səbail” isə “Zirə” ilə görüşəcək. “Keşlə” isə “Qarabağ”la üz-üzə gələcək.
Qeyd edək ki, 1/4 final oyunları dekabrın 15-16 və 19-20-də keçiriləcək.
S.M.
www.oxu.az
Oxu.Az yeniləndi!