Yan
2019
11:46
34
149
8552
Virtual karabakh

Azərbaycan klubu 400 min avroluq futbolçu aldı

7 Yan, 2019
11:46
8552

Azərbaycan klubu 400 min avroluq futbolçu aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın “Kaysar” klubunun futbolçusu Con Kamara karyerasını Azərbaycanda davam etdirəcək.

Oxu.Az xəbər verir ki, “Keşlə” Syerra Leonedən olan dayaq yarımmüdafiəçisi ilə 1,5 illik müqavilədə razılıq əldə edib.

Qeyd edək ki, otuz yaşlı Con Kamara Qazaxıstan Premyer Liqada son iki mövsümə 53 görüşdə meydanda olub və bir qol vurub. Bu futbolçunun transfer qiyməti 400 min avro kimi qiymətləndirilir.

Bu futbolçu Qazaxıstandan əvvəl Livanın “Tadamon Sur”, Yunanıstanın “Apollon Smirnis”, PAS (Lamia), “Aris” və Latviyanın “Riqa” klublarında çıxış edib. O, 2013-cü ildən çağırıldığı Syerra Leone millisində on oyun keçirib və bir qol vurub.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri