Futbol məşqçilərinin dünya reytinqi açıqlanıb.
Oxu.Az xəbər verir ki, hər həftə dərc olunan siyahıda Azərbaycan bir mütəxəssislə təmsil olunub.
Belə ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cədvəldə 496-cı pillədədir. 47 yaşlı mütəxəssisin hesabında 1073 xal var. O, son bir həftədə bir pillə geriləyib.
Qeyd edək ki, siyahıya 15001 xalla “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir.