23 
Yan
2019
15:19
140
78
5126
Virtual karabakh

300 min avroluq futbolçu rəsmən “Neftçi”də - VİDEO + YENİLƏNİB

23 Yan, 2019
15:19
5126

300 min avroluq futbolçu rəsmən “Neftçi”də - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi” PFK heyətini gücləndirmək baxımından növbəti addımı atıb.

Oxu.Az xəbər verir ki, yunanıstanlı futbolçu Vanqelis Platellas ilə 1,5 illik müqavilə bağlanıb.

Otuz yaşlı yarımmüdafiəçi yeni komandasının heyətində 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu OFİ (2018) olan Vanqelis Platellas Yunanıstanın “Kaliteya” (2005-2011), “Ksanti” (2011-2013), AEK (2013-2016), “Atromitos” (2016-2017) və “Aris” (2017-2018) klubarında da çıxış edib.

09:51

Yunanıstanlı futbolçu Vanqelis Platellasın “Neftçi”yə keçidi rəsmiləşib.

Oxu.Az xəbər verir ki, paytaxt klubu yeni transferini sosial şəbəkə hesabında yayımladığı video ilə açıqlayıb.

Ancaq sağ cinah vingeri ilə imzalanmış müqavilənin detalları barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Vanqelis Platellasın son klubu Yunanıstan təmsilçisi OFİ olub. Ellada mətbuatı üç gün əvvəl “Neftçi”nin bu transfer üçün qarşı tərəfə 50 min avro ödədiyi və Azərbaycanda bağlayacağı ilyarımlıq müqavilə müddətində 300 min avro maaş alacağı barədə məlumat yayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri