Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan idmançısı çıxışı ilə hər kəsi heyrətləndirdi - VİDEO
Yanvarın 23-də Minskdə fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürüb.
Oxu.Az-ın xəbərinə görə, çempionatda Azərbaycan iki idmançı ilə təmsil olunur.
Qadınların yarışında ölkəmizi təmsil edən 15 yaşlı Yekaterina Ryabova qısa proqramda 59,95 balla yeddinci yeri tutub.
Ümumilikdə qısa proqramda 36 idmançı iştirak edib, onlardan ən yaxşı göstəricisi olan 24 nəfər yanvarın 25-də sərbəst proqramda iştirak etmək hüququ qazanıb.
Mütəxəssislər Azərbaycan təmsilçisinin çıxışını gözlənilməz adlandıraraq, onu turnirin favoritlərindən biri kimi qiymətləndiriblər. Bunu tribunaların reaksiyasından da hiss etmək olardı.
Y.Ryabova özü də çıxışından razı qaldığını bildirib.
“Qısa proqramda yaxşı nəticə göstərmək istəyirdim və bu, alındı. Həyatım boyu belə nüfuzlu yarışlarda iştirak etməyi arzulamışam, çox xoşbəxtəm ki, mənim Avropa çempionatında debütüm yaxşı alınır”, - deyə o jurnalistlərə açıqlamasında vurğulayıb.
Ryabova qeyd edib ki, rəsmi məşqlərdə çox həyəcanlı olub, lakin buz üstünə çıxdıqdan sonra sakitləşməyi bacarıb.
İdmançı azarkeşlərə də təşəkkür etməyi unutmayıb:
“Böyük dəstək var idi, tribunalara təşəkkür edirəm”, - deyə o bildirib.
Qeyd edək ki, yanvarın 24-də digər Azərbaycan təmsilçisi 17 yaşlı Vladimir Litvinçev kişilərin yarışında öz məharətini göstərəcək.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?