13 
Fev
2019
13:10
75
16
2073
Virtual karabakh

Avropa Oyunlarına gedən samboçularımızın adları açıqlandı

13 Fev, 2019
13:10
2073

Avropa Oyunlarına gedən samboçularımızın adları açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

21-30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında sambo üzrə millimiz kişilərdə altı çəkidə təmsil olunacaq.

Bu barədə Oxu.Az-a millimizin baş məşqçisi Bəxtiyar Hacıyev məlumat verib. Onun sözlərinə görə, yalnız bir çəkidə Azərbaycanı hansı idmançının təmsil edəcəyi hələ dəqiqləşməyib:

“Ağasif Səmədov (-52 kq), Mehman Xəlilov (-57 kq), Cavidan Qarayev (-62 kq), Emil Həsənov (-68 kq) və Ceyhun Hüseynov (-82 kq) Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək. Yalnız 74 kq-da ora gedəcək idmançı hələ müəyyənləşməyib. Həmin idmançı Samir Kərimov, Abdulla Abdullayev və Zülfiqar Zülfiqarovdan biri olacaq.

Martın 21-24-də Rusiyanın paytaxtı Moskvada Xaralampiyevin xatirəsinə həsr olunmuş ənənəvi Dünya Kuboku keçiriləcək. Ola bilsin ki, həmin yarışdan sonra və ya daxili toplanışlarımız zamanı heyətimiz tam dəqiqləşsin". 

Baş məşqçi qeyd edib ki, Avropa Oyunlarında ilk dəfə qız samboçumuz iştirak edə bilər: "Bunun üçün Avropa Sambo Federasiyasına müraciət etmişik, onlardan cavab gözləyirik. Bu qız idmançı yerli də ola bilər, əcnəbi də. Biz istəyirik ki, azərbaycanlı qız olsun”.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri