27 
Fev
2019
11:23
174
26
4199
Virtual karabakh

Azərbaycanlı futbolçu xarici kluba transfer olundu - FOTO

27 Fev, 2019
11:23
4199

Azərbaycanlı futbolçu xarici kluba transfer olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin yetirməsi Elvin Sərkərov karyerasını Latviyada davam etdirəcək.

Oxu.Az xəbər verir ki, 22 yaşlı müdafiəçi “Daoqavpils” klubu ilə müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə görə, Elvin Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi “Neftçi”yə ödəniləcək. Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Azərbaycana qayıdacağı halda ilk seçimini “Neftçi” üzərində edəcək.

Qeyd edək ki, Elvin Sərkərov bu mövsüm altı oyunda meydana çıxıb. Ondan əvvəl bu kluba daha bir azərbaycanlı futbolçu - Tural Bayramlı keçmişdi. Bu klubda həmçinin millimizin sabiq hücumçusu, Latviya vətəndaşı Vüqar Əsgərov da çıxış edir. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri