28 
Mar
2019
18:22
138
29
5036
Virtual karabakh

Azərbaycanlı döyüşçünün məşhur turnirdəki rəqibi bilindi - FOTO/VİDEO

28 Mar, 2019
18:22
5036

Azərbaycanlı döyüşçünün məşhur turnirdəki rəqibi bilindi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı döyüşçü Rafael Fiziyevin UFC turnirindəki ilk rəqibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, “Ataman” ləqəbli idmançı bu turnirdəki debütünü dağıstanlı Məhəmməd Mustafayevə qarşı edəcək.

“UFC Fight Night 149” adlı döyüş aprelin 20-də Rusiyanın Sankt-Peterburq şəhərinin “Yubileynı” idman kompleksində baş tutacaq. Həmin gecənin əsas görüşü isə rusiyalı Aleksandr Volkovla niderlandlı Alistar Overim arasında keçiriləcək.

Qeyd edək ki, 30 yaşlı Məhəmməd Mustafayev MMA-da 15 görüş keçirib və bunlardan 13-də qalib gəlib. 2015-ci ildən UFC-də çıxış edən avar döyüşçü keçirdiyi üç görüşü qələbə ilə başa vurub.

Əslən azərbaycanlı olan, Qazaxıstan doğumlu, amma Qırğızıstan vətəndaşlığı daşıyan, hazırda Tailandda yaşayan 26 yaşlı Rafael Fiziyev isə MMA-da altı döyüş keçirib və hamısında qalib gəlib. O hələ ötən ilin iyulunda ABŞ-ın Las Veqas şəhərində UFC-də debüt etməli idi. Lakin onda ABŞ vizası ala bilmədiyi üçün Fiziyev yerli idmançı Coi Qomeslə döyüşdə iştirak etməmişdi.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri